Epi - Qetran

Epi - Qetran

Epi

3:300 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Tanrıdan istədim bir gecə səni

Və həmin gün yenə tək gecələdim

Ərk elə gəlim, tərk eləmədim

Ona görə ayrıldıq bəlkədə nədi?

Səninlə gəzdiyim küçələr köhnə

Dəyişərəm azacıq düzələr görkəm

(Şşş) yıxılmırsan süzürəm söykən

İstəmərəm sənin üzündən ölmək

Saçlarını tökəsən üstünə sinəmin

Tüstülər olaram üstüvə sinəriy

Güzgüdə bir hərif, üzgündü niyəki?

Həyatın bir ucuda ülgücə dirənib

Yenə zəng vurum bax pəncərədən

Səninlə ötüşən vaxt pənçələnər

Sənli gözlərimə bax məncə gələr

Düşünmə düzələr, axmaqsan hələ

Otağım hərgün yıxılır başıma

Ölmüşdü sənlər yığılıb başıma

Yığılıb daşıram dururam aşıram

Bu nə işlər idi gəldidə başıma

Yaşıyırdım axı həyatı normal

Yuxudan ayıldım bayaq bir anda

Yuxuda özümü gördüm çatmadı

Ölmüş meyidivi ayaqlayanda

Artıq bir ildi qarışır yuxular

Elə hər yuxudan qarışıq dururam

Sarışın buruğua danışıb yuxudan

Baxıramki Epi danışır yuxuda

Ama dəyməli idi əllərin əlimə

Qatmaq istədim sənləri sənimə

Sevəcək mən qədər qəlbləri dərinə

Yanındaki sənnən əylənir əminəm

Bu sevgi olmadı əsrarəngiz

(Rah!) səs sal gəlsin

Hər hal gərgin dərman ol dedim

Gəlib göz yaşına dəsmal sərdin

Göz yaşım axacaq traslara

Hisslərimidə tökəcəm buraxsalar

Qayıt yazıb divarı rəngləsəm əgər

Yağış yağar axar kraskalar

Yoxdu kimsəm səninləydim

Ama bax indikilər gəlin bəydi

Zəng vurub yorardım əlimdəydi

Niyə zəng vurmuşdum? əlim dəydi

Çox şey yazaram inan dolmuşam

Yazmam dediyimə inat olmuşam

Son görüşdə səni diqqətlə süzdüm

İndi içirəm piyan olmuşam

Maşın yox yol yenə peşkomdu

Winston! elədə eşq olmur

Çəkməyin çünki siz çəkəndə

Ağciyərlərinizə eşq dolmur

Bəzisi sevir ama manat yatır

Dedin unut məni ayrı adam tapıb

Bir gecə oyaq qal yerimə düşün

Heç olmasa bir gecə rahat yatım

Psixoloq olmadı adboy vermə

Sənnən diyirəm sostav edirik

Ağciyər həkimi ilə dərtləşdik

İndi oturmuşuq ostav gedirik