Namiq Qaraçuxurlu - Seni Sevmek

Namiq Qaraçuxurlu - Seni Sevmek

Namiq Qaraçuxurlu

4:330 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Sən mələksən, səni tanrım mənə göndərdi

Bir yol açdı göy üzündən, yerə endirdi

Məndə sevdim, sakin etdim səni qəlbimdə

Nə yaxşı ki, varsan ömrüm mənim ömrümdə

Həyatımın ən bəxtəvər anındayam

Nə qədər canımda can var, yanındayam.

Səni sevmək, özün kimi şahanədir

Dəli könlüm eşqin ilə divanədir.

Bir sözüm var ürəyimdə sənə aiddi,

Sevirəm mən buna Allah, özü şahiddi.

Onu bil ki, mən həyata yenə gəlsəydim,

Səni ancaq sevəcəkdim yenə sevsəydim.

Dəniz kimi gözlərin var, dərin-dərin

Şəkər kimi sözlərin var, şirin-şirin

Dünya-aləm mənim olsa, sənsiz olmaz

Canım səndən, ruhum səndən ayrı qalmaz

Səni sevmək, özün kimi şahanədir

Dəli könlüm eşqin ilə divanədir.

Səni sevmək, özün kimi şahanədir

Dəli könlüm sənin üçün divanədir.

Söz/mus: Xəyyam

Aranjıman: Ramal Rəsul