Namiq Qaraçuxurlu - Revayet

Namiq Qaraçuxurlu - Revayet

Namiq Qaraçuxurlu

6:360 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Qulaq asın camaat mən danışım nəhayət

Bu məhəbbət aləmi çoxusuna vermiş qəmi

Mən de əzab çəkmişəm, çox izdirab çəkmişəm

Kimki gəlibdi xoşuma, nə iş gəlib başıma

Yaş dola- dola gözlərə danışıram sizlərə

O, vəfasızdan sonra, düşməmək üçün tora

Sevməyəcəm söylədim, tənha ömür eylədim

Keçdi xeyli zamanlar, ötdü bir neçə anlar

Bir qız gördü gözlərim, yaddan çıxdı sözlərim

Bu qız əcəbdir əcəb,sev məni eyləyir tələb

Dedim çatar köməyimə, təsəllidir ürəyimə

Düşdüm onun dalınca ondan bir söz alınca

Lap üreyim patladı, sanki bağrım çatladı

Her o, dərsə gedəndə getdim onunla mən də

Çox elədim and, yaman axırdı ki, bir zaman

Çıxardıb ince səsin söylədi öz kəlməsin

Baxma mənim yaşıma, çox iş gəlib başıma

Xeyli ömür sürmüşəm, çox haqqsızlıq görmüşəm

İndi isə bir insanı, tanımadığım oğlanı

Nece sevərəm söyləyin, mənə etibar eyləyin

Özün fikirleşginen,məni başa düşginen

Söylədi öz sözlərin süzdürərək gözlərin

Dedi bu qədər vəssəlam, yoluna eylədi davam

Donub yerimde qaldım, bir az xəyala daldım

Düşündüm ki, düz deyir, çox ağıllı söz deyir

Daha dalınca getmiyim, çox onu incitmiyim

Haçansa Öz qismətim, Heqiqi Məhəbbətim

Çıxar mənim qabağıma, cavab verər sorağıma

Ondan sonra hər gecə bilmirdim yatım necə

O, cananın xəyalı, onun hüsnü camalı

Gözüm deydi hər saat, məni qoymurdu rahat

Dözmüyüb bir gün səhər durub ayağa bir təhər

Görüşünə getdim yenə deyim vurğunam sənə

Gördüm gəlir uzaqdan, getdim əldən ayaqdan

Az qalmış idi çaşım, istədim yaxınlaşım

Yaxınlaşdı özü mənə, dedi bele bir sözü mənə

Görürəm ki, vurulmusan, Özünü eşqə salmısan

Əl çəkmirsən sən məndən, şərtim bu cürdü səndən

Yalnız dost olaq gərək belə edə bilərəm kömək

İstəyirsən hə denən, Düşün qərar verginən

İstəmirsən əlvida, get kömek olsun xuda

Ax ne idi əlacım, var idi ehtiyacım

Xeyli xeyal dolaştım, axırda razılaşdım

Bu dostluq mehribanlıq məni dəyişdi bir anlıq

Sonralar həyatımı, qəmli əhvalatımı

Danışdım o canana, o da danışdı yana- yana

Dedi sevgi məhəbbət vermiyib mənə zillət

Sevib sevilmədim mən, eşq nədir bilmədim mən