Laros - feat Dahi-Nilüfer

Laros - feat Dahi-Nilüfer

Laros

3:301 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Nəqarət

Hər gün hər dəqiqə sən

düşüncələrdəsən

o da düşunürmü görəsən?

İndiki halımi bilsə

səhflərini əhf etsəm

Mənə geri dönərmi görəsən?

1ci hissə

Uzun zaman oldu mənim yuxularıma gəlməyəli

Saçlarına sığal çəkib, gözlərinnən öpməyəli

Birazda dinlə məni, deyəcəy çox şey var

Ya mən səni səhv tanıdım, yada ki sən məni

Zamanı çək geriyə gəl qayıdaq biz əvvələ

Çox şey ki istəmirəm bir dəfə gül bəsdi mənə

Səndən sonra səni çox soruşdular məndən

Dedim ailəmdən sonra ən doğma kəsdi mənə

Nədənsə anlamdın sən heç zaman şeirlərimi

Sən məni sevməmisən sevən adam tərk edərmi?

Azacıq Dürüst ol qadın,son dəfə bax gözümə

Səni nə qədər sevdiyimi gözlərimdə gizlətdim

Səsində hüzur vardı danışdıqca rahatlaşardım

Hər sənin bir sözünə mən yüz xəyal qurardım

Əlinə özgə üzüy taxmasaydın əgər qadın

Bu dünyada olmasa belə axirətdə biz qovuşardıq

Nəqarət

Hər gün hər dəqiqə sən

düşüncələrdəsən

o da düşunürmü görəsən?

İndiki halımi bilsə

səhflərini əhf etsəm

Mənə geri dönərmi görəsən?

Ümüdüm yoxdur dönəsən.

2ci hissə

Hardasan? Ey mənim ən dəyərli gövhərim,

DAHİ'nin balaca qızı bənizi nilufərin,

həsrətindən illərdir ki,qəlb evim ah-nalə edir

xəyalında küsüb məndən sən tək cilvələnir.

Bir zaman aşiq idim o qəmzəli yanaqlara,

gülüşünü izlərkən qərq olardım xəyallara,

səninlə əhd etdik,zamanla tərk etdin

bəs demişdin örnək olacaqdıq ailə quranlara.?

Bax! İllərdir ki,yarım qaldım

mən dərdinlə yaşarkən könlünü özgə aldı,

dəyişdin ilk eşqimizi nəfsivin ucbatından

göz yaşlarına boğuldum,bil ki,səndə ahım qaldı.

Mən unutmaram sanırdım

gördün qarşılığını? mənə yaşatdığını yaşamışdın,

son dəfə üzünə baxanda inan gülünc bir hal aldım

mən səni gördüyümdə balaca qızımı tanımamışdım