Laros - Uzun Geceler

Laros - Uzun Geceler

Laros

1:300 plays

Country: Turkey

0:00
0:00

Lyrics

1'ci hissə

Gəl səninlə xəyal quraq ya da mən yazım dinlə

Soyuq qəlbə günəş kimi doğardı gözləriylə

O incə əlləriylə tutardı əllərimi

Geriyə dönüb baxdım da nə gözəl illəriydi

Səni mən çox sevmişdim ən çoxda gülməyini

Bu gecədə yazdım səndən sənsiz günlərimi

Nə qədər istəsəmdə qayıtmaz heçnə geri

Bir zamanlar hərşeyimdin indiysə özgə biri

Həsr elədim saçlarına yazdığım hər sətri

Yenidən sev birini layiqindi gözəl sevgi

Məniysə bacarmadım unuda bilmədim səni

Hələdə gəlir üstümdən saçının gül ətri

Gecələr soyuq keçir yanında məndə yoxam

Üstünü qalın geyin çox çalış ki xəstə olma

Bilirəm dərman atmaq deyil adətin sənin

Allaha əmanət ol iki gözümün göz bəbəyi

2'ci hissə

Səsin gəlir qulaqlarıma sən yanımda olmasanda

Mənim canım yanar qadın, sənnn duymasanda

Nə vaxtsa ehtiyacın olsa biraz sevilməyə

Bu parçanı aç dinlə, Mən həyatda olmasamda

Bilirəm evlənəcəysən hələ bir körpən olacaq

Tutub əllərindən oyunlar oynayacaq

Birlikdə ağlayacaq birlikdə güləcəysiz

Bu şairin xəyalıdı, sizsə gerçək edəcəysiz

Hərkəs söyləyəcək bu qədər sevirdinsə

Niyə axı qoydun getsin səndən səbəbsizcə

Çox sevilen tez gedərmiş hərşey ona görə

Yarım qaldı, başlamadan bitirdi hekayə

Bəhs edirəm səndən mən yazdığım bəstələrdə

Dərdimə dərmanım yox qəlbdən xəstəyəm

və Bir istəyim var Səndən, Nə olar qırma məni

Gəl yuxuma bircə dəfə, o uzun gecələrdə