Rehimxan - Necesen

By Rehimxan

Duration: 2:25

Album: Necesen (2020)

Lyrics

Mənim səndən uzaqlarda yamandı halım necəsən?

Gözləri sərxoş edən yazım baharım necəsən?

Könlümü bihuş edən gülüşlərnə qurban olum,

Bir həzin musiqisən kamanım tarım necəsən?

Necəsən uzaqlarda yollarını gözlədiyim,

Gecələr ağlayaraq gülüşlərini özlədiyim,

Sən danış dinliyərəm de görüm axı mən nə deyim,

Küsməyi ölümə aparan bir qatarım necəsən?

Listen to Rehimxan - Necesen