Rehimxan - Geceler

Rehimxan - Geceler

Rehimxan

3:000 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Mən səni sevmədim ki özgələrinə yar olasan,

Nə qədər dərdi dərdə qatım batım mən gecələr,

Oturub yadıma salıb keçmişi hərgün ölürəm,

Görəsən yadına salıb ölürmü hərdən gecələr.

Gecələr ahımı Allah bilir bir ulduzlar,

Ağlayırdım gözlərimə dolurdu nəm gecələr,

Sən məni tərk edəndə qar yağırdı gecə yarısı,

Sən demə O səbəbdən qaçırdı məndən gecələr

Bax yenə gözlərimdə yoxluğun hiss olunur,

Sabahım açılmır hərgün çoxalır qəm gecələr,

Gedəndə söylədinki əmanət ol qaranlığa,

Torpağa dəfn edilsəm gələrmi mənnən gecələr,

Mən səni Allahdan istəmişəm bəxş eləyib,

Görəsən niyə aldı nəfəsi əlimdən gecələr,

Hərkəs yığılar başına dərdinə şərik olur,

Ən yaxşı tək başına ağla dərindən gecələr.

Bilmirəm axırı necə olacaq,

Mən sənin dərdini sevirəm artıq,

Bəlkə də ürəyim gecə olacaq,

Deyəsən səmaya gedirəm artıq.

Gecənin dərdi rəngindən betər,

Üstümə tökülür qaranlıq səma,

Bilmirəm nə edim bax əlacsızam,

Gecələr bir yana dərdin bir yana

Tanrım dərgahına ucalar gec tez harayım

Niyə hərgün sökülür qəlbimdəki eşq sarayım

görəsən kimlərə qismət oldu o sevgi payım

Birgün qismət olar məndə məhəbbət yaşayım

Baxıram yollarımız ayrıdı bir birimizdən

Axı eşq kəlməsi düşməzdi şirin dilimizdən

Allahım bu nə dərdir çarəsizəm hər gecələr

Ucalır sənə fəryadım içirəm hər gecələr

Gülərkən hüsnü-camalında açıq yaz çiçəyi

Mənsə ölümlərdən ölüm seçirəm hər gecələr

Görürəm xoşbəxtsən əllərin yad əllərdən

Mən isə yuxularda keçirəm önündən gecələr

Anladım sən onunsa mənəm kimsəsiz bu gecə,

Narahat olma mən ölürəm səssiz-səəsiz bu gecə

Sən mənim dəyərlim idin, danış görək necəsən?

Gecələr sevgilimdi yoxsa səndəmi gecəsən?

Sevgilim bu gecə səni yad etdim

Şeytanı rədd edib Allaha baxdım

Unudub hərşeyi səni düşündüm

Gözümdə yaş olub göylərə axdın

Mən indi yalqızam gecələr kimi

Buludlar ağlayır mənim dərdimə

Yaşarkən ölməyə sahib olan mən

Sahib ola bilmədim sənin qəlbinə

De indi kimlərə canım deyirsən

Qurban olum demə bax canım yanır

Şəklinə sarılıb ağlayan kimi

Gecələr belə məni ölürəm sanır