Rehimxan - feat Sura İsgenderli-Sevgi Dolu Dünyamız

Rehimxan - feat Sura İsgenderli-Sevgi Dolu Dünyamız

Rehimxan

4:000 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Gözlərimdə bir kədər var hansı ki səndən qalan

Sevgində sayğında eşqində bir yalan

Sənə görə hərşey edərdim mən yazığ bir zaman

İndi bu dərdlərimə tək çarədi bir namaz

Bəlkə də bu sonuncu mahnımdı yaxşı qulaq as

Bir zaman sevgidən yazıb mahnılar oxuyardım

Əlimdə gül ləçəkləri sənə tac toxuyardım

Allahaqqı yalan deyil sən cənnət qoxuyardın

Gecələr şəkillərini qəlbim üstə saxlıyardım

Səni bir gün görmüyəndə uşaqlar tək ağlıyardım

Mən hələ balaca idim sevgini səndə duydum

Özümü kimsəsiz hiss etdim o gün dərsdə sən yox idin

Özgələrdə olan sevgiyə inanki mən tox idim

Sonra anladım ki sənin üçün sən demə mən çox idim

Xoşbəxtlik qonaq gələn gün evdə mən yox idim

Bizimçün çox gecdi inan qəlbim buz dağlar

Gözlərimdə yoxluğun qalıb hər gecə oda ağlar

Qəlbim ağrıdan ağlar neçəki körpə uşağlar

Dərdini danışa bilməyib qışqırıb bağırarlar

Sən toyuna çağır sənidə mənim ölümümə çağırarlar

Bağışla ağladım bu gün inan elə darıxmışam

Adını duyanda özgələrdən hər dəfə karıxmışam

Sən getdin mən öldüm bax dönübdür yazım qışa

Mən sənin üçün yazıram ehtiyac yox alqışa

Qəlbimi çox qırdın səbəb nə idi o qarğışa?

Demə mənə görə neynəmisən bax qəlbim yandı gülüm

Sənin eşqin məhv etdi məni sonunda qaldı külüm

Kaş özgəylə görməzdim bu canımı alsa idi ölüm

Tək arzumdu qucağında uşağ sənin xoşbəxt görüm

Məni boş ver yoxluğunla ölüb itəcəm zamanla

Yadındadır yaralı yerim biz olan o zamanlar

Etiraf et bizi bitirdi söylədiyin yalanlar

Şiddət dolu sözlərindi tək səndən qalanlar

Sol yanımda canımı alan sən adlı bir yaram var

Sevgi dolu dünyamız var idi bizim səninlə

Sən gül idin aldılar gülüm səni mənim əlimdən

Düzələr hərşey dedilər çox eylədim səbr mən

Yadındadır hə cavabını gözləyirdim səbrlə

Bu dəfə məndə çarəsizəm heçnə gəlmir əlimdən