Rehimxan - Mektub

Rehimxan - Mektub

Rehimxan

3:001 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Dəyişib insanlar dəyişib artıq hərkəs

Dağları yaran sevgi indi olub adi həvəs

Həmişə məndən qaçaraq özgəyə tələsmisən

Son nəfəsdəyəm ölürəm bu gündə mənə tələs

Eşitdim ki darıxmısan o uzaq ellərdə

Yoxsa amma məktubun gəlir çox uzaq yerlərdən

Mən hələ də eyni yerdə eyni dərdlə gözləyirəm gəl Darıxdığım söyləmişdim səndən əvvəl

Və bəlkə özgələr də dərdimizə var bir dəva

Gecənin ardından əlbət var bir sabah

Mən sənin uzaqlardan üstünü örtdüm şeirlə

Niyə məhz mənim üçün sabah açılmır xeirlə

Bir qadının yollarından qocalmışam daxilimdən

Bəlkə də sənə yüzlərlə şeir yazılıb hər ilimdə

Milyonlarla gül içindən ətrini ayır edən bir adamın

Heyif bilmədin qədrini sən

Nəqarət:

Yazılan məktubların hər sətrinə göz yaşı qoydum ki

Verdiyim gülləri göz yaşımla böyüdərsən

Bir yuxu gördüm az öncə tutmuşdu əlindən qızın

Atası mən deyiləm özgəsiylə gedirdi dərsə

Axı mən söz vermişdimki birdə sevməyəcəm

Axı sən söz vermişdin ki əsla getmiyəcən

Axı biz söz vermişdik ki ayrı qalmıyacıq

Kor gözlərim elə görürdü əsla ayrılammıyacıq (ayrıla bilməyəcək)

Bəlkə də bir gün qayıdarsan Gözündə gözüm qalıb

Son ümid yarpağısan sən ürəkdə sözüm qalıb

Kim üçün yalan danışdın könlümü məndən alıb

Bu məktubu sənə yazıram xatirələri yadıma salıb

Yaddaşımda belə qalmadı səs tellərinin avazı

Gündə beş dəfə qarşında səcdəyə getdim ən azı

Sən qəlbul olunmasını istədiyim tək namazım

Allah qismətimizi kitaba deyil alına yazır

Əlimi açıb Rəbbimə səni istəyirdim hər zaman

Talehimizi bir yazsın dua edirdim hər namaz

Birinci ildi sənsiz keçir və hələdə sənsizəm

3il sonra yazacam sənə bu məktubu hərbidən

Darıxsaydı gələrdi hə? Gəlsə nəysə dəyişəcək?

Bəlkə dünya tərs dönəcək ay günəşlə görüşəcək?

Biz insanlar sevgi hissini oyuncaq etmişik

Və istəyəndə gəlmişik hər istəyəndə getmişik

Bu məktubu çatdırarsız səmalarda bir qıza

Və deyərsiz ki geri dönsün çarə qılsın bu dərdə

Əgər desəki kimdi sahibi bu bağlı məktubun

Deyərsiz ki bir zamanlar sevdiyin o Ömər-dən