Rehimxan - Necesen 3

Rehimxan - Necesen 3

Rehimxan

2:552 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Özgəsinə qismət olub mən yara qismət olmayan,

Sənə toxunmaq İnşəAllah əğyara qismət olmuyar

Gözünə baxıb səni sevirəm deməyimə belə fürsət olmuyan

Ağlımda yaşatdığım sən ey halalım necəsən?

Ayrıdır yollarımız sən cənnət mənsə cəhənnəm

O gün bu gündür xanım qız bax yenədə bir təhər mən

Bir dəfə soruşmadın hal əhvalımı bircə nəfərdən

Hər gecə düşündükcə səndədir ağlım necəsən?

Batıram hər gecələr sevgili yar bu eşq üçün mən

Seçərəm Dünyam etmişəm səni yar min eşq içindən

Allah ayrılığın qismət etməsəydi gecindən

De indi uzaqlarda qönçə yanaqlım necəsən?

Belə getməylə dərdimin üstünə dərdi gətirdin

Axı sən mənim üçün əvəz olunmayan bir ətirdin

Gülüşünə aşiq olan insan sən bilərək itirdin

Sənsiz kimsəsizəm yamandı halım necəsən?

Nəqarət:

Nə olar gəl qonaq ol yuxularıma darıxmışam mən

Gecələr şəkli sıxıb bağrıma yar bağırmışam mən

O gün bu gündür sevgilim heç xəbər yoxduki səndən

Qəlbimdən uzaqlarda de indi yarım Necəsən?

Sevgilim İstəmədən ayrılığın əlinə keçmişəm

Artıq gecdi bizim üçün nə badə gəlmə keçmişəm

Bu gündə yoxluğun şərəfinə bir badə içmişəm

Sərxoşam gözəl gözlü sən ey baharım necəsən?

Dedinki rədd ol çıx get gedərəm yar Başım üstə

Sevgilim zəhmət olmasa sən olmayan yolu göstər

Yaşarkən ölümü dadmışam yazarsız baş daşım üstə

Buralar soyuqdu yar sevgiyə qarım necəsən?

Düşün ki mən şair səninsə qəlbin əsərdi

Gəl apar sevgili yar qəlbimdən dərdi və sərini

Gözünə baxıb xəyal qurarkən inan qəlbim əsərdi

Bilirəm anlamarsan de indi zalım necəsən?

Yerin verməz inan sevgilim heç zaman özgə qadınlar

Gecələr titrəyər ürək susmayan bu fəryadımdan

Mən səni toplamışam zərrə zərrə özgə qadından

Özgəyə qismət olan cahi-cəlalım necəsən?