Mc BuS - Piramida

Mc BuS - Piramida

Mc BuS

2:240 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Musiqim aparır uzağa səni aparır uzağa səni (x2)

Mən gedirəm yolumu dayanmadan

Yıxılıb qalxmağ necədi bilirəm

Küçədə bi gədə gəzir həmişə mənəm o

Ucadı zirvələrim

Tanıyır adımı hey

Dadıyıb rapimi hər küçə mənim

Hər gecə gəlib

Musiqim qaldırır göylərə səni

Ağlım uçub gedir arada başımnan

Hər şeyi görmüşəm 24 yaşımda

Aşmamış hər kəsi yavaş yavaş mən

Əl çəkən deyiləm savaşımnan

Tanıyan tanıyır sözümün əriyəm

Ona görə bitmir sözüm həri

Bütün zirvələri dağıdacam bir gün vədə

Partdadıb gedəcəm səhnələri

Mumya kimiyəm bax piramidada

Hər gecə şəhərdə gəzən o bir adam mənəm

Mənəm gəzən o bir adam

Mənəm hər gecə şəhərdə (x2)

Yaşamağ çətindi danışmağ asan

Anlamağın üçün qulağ asasan

Gərəy mənə qulağ asasan

Gələ bilər bular qulağa asan

Bezmişməm eşidim polisin səsin

Yanımda bi nəfər silahnan gəzir

Bir nəfər birinin başını kəsir

Bir nəfər dərmanın tozunu əzir

Gic oluram artığ dəli kimiyəm

Küçələri gəzən ölü kimiyəm

Sağlam yaşıyan bir əlil kimiyəm mən

Dənizdə batan bir gəmi kimiyəm

Hey ümidlərim boğulur

Yazıram hər dəfə qocalıram

Əzraildən borc alıram

Yazdığım hər gecə ucalıram

Mumya kimiyəm bax piramidada

Hər gecə şəhərdə gəzən o bir adam mənəm

Mənəm gəzən o bir adam

Mənəm hər gecə şəhərdə (x2)

Musiqim aparır uzağa səni aparır uzağa səni (x2)

Tarixə yazarsız adımı mənim yazarsız adımı mənim

Musiqim aparır uzağa səni, aparır zirvəyə məni