Ali Ashikar - Yadigar

Ali Ashikar - Yadigar

Ali Ashikar

3:530 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Yarım qalan şeirlərim yadigardı o günlərdən

Elə bil illər bizi böyütmüşdü bir bələkdə

Axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim

Ona görə üzülürdüm gülməməyinə

Buraxa bilmədiyim ipin ortasından kəsdin sən

Yarada bilmədiyim evin qapısını kəsdin sən

Heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən

Elə bilirdi tanımayacam saçlarını kəsdirsə

Gördüm onu o evin divarlarına sarılmışdı

Külqabımda yanan insan məktublara yazılmışdı

Gördüm onu kül olub gözlərimdə yaşarmışdı

Ən gözəl xatirələr çün ki səninlə yaşanmışdı

Güldürüb ağlamışdım gül dərəndə aldanmışdım

Səninlə haldan düşdüm

Get deyəndə dilim sürüşdü

Görmədin nə haldaydım imdadıma yadlar düşdü

Qocalıb soyuğ əllər

Ocağım soyuğ yerdə

O çağın illərindən mənə qalan bir yadigartək rəsimlərin

Sürüşüb düşər əldən

Bacarsan dilə gətir bu eşqi məndə

Yenidən bir olaq biz bir bədəndə kövrələk gəl

Yazarsan məktublar mən olmayan şəhərlərdən

Gözünü yumub uçurdarsan məni düşünüb pəncərəndən

Məncə gəlmə sən də bu gün kim gəlib ki gəlməsəndə

Gedənlər gəlməyə hazır deyil ki əlac yoxdur dərdə səndən

Və bir gün təsadüfən görüşərik sən anlayarsan gözlərimdən sevdiyimi

Bizi ayıran insanları danlayarsan

Səhər çağı ac qarına bir siqaret

Və yaxud baş qarışıb içilməyən çay kimiyəm sən gedendən

Dilim bir çarə susur

Yazılan hər cümlə nəğmələrimi qəlbə süzür

Chorus(x2):

Məndən sənə yadigar nəğmələrim qaldı

Ötüb keçən o günləri yenə yadıma saldı

Səndən mənə yadigar acı sözlər qaldı

Məni məndən alarkən səni yadıma saldı

Yenə gözləri doldu

Unudaram özümü siləndə o gözləri mən

Bridge:

Düşür gözlərimdən bir damla yaş

Düşün bu sevgidən hər yanda var

Ama bizə bax nə hala qalıb sevgimiz

Düşüb yerə qaldır üzünə baxım

Chorus(x2):

Məndən sənə yadigar nəğmələrim qaldı

Ötüb keçən o günləri yenə yadıma saldı

Səndən mənə yadigar acı sözlər qaldı

Məni məndən alarkən səni yadıma saldı

Yenə gözləri doldu

Unudaram özümü siləndə o gözləri mən