Ali Ashikar - Xeyalen

Ali Ashikar - Xeyalen

Ali Ashikar

3:401 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Qələmim gözəl yazır mürəkkəbinə sən qarışdın,

Sənin üçün açan gülün torpağınada mən qarışdım,

Bu evin hər küncü mənimlə birgə tənhalaşdı,

Məni tərk etmədin sən, sadəcə vidalaşdın.

Qova bilmədim ətrini neçə ildirki yatağımdan,

Sonunda qovdu məni də xatirələr otağımdan,

Və o gün bu gündürki rəsimlərdən üzü gülürdü,

Son üzüntüm sən idin daha heçnəyə üzülmürdüm.

Soruşanlara nə deyim mən? nəqədər gözləyəcəm?

Mənə bir cavab de!

Bir iki damla göz yaşı tökdün mənəmmi cavabdeh?

Təbiyyət ağlayır gəl, gəl indi cavab ver.

Gülümsədim bilirəm günah məndədi,

Mən sənə bir parça ümid, sən mənə ömür verdin,

Deyəsən eşq sən idin gedişindən bəlli idi,

Mən axrı olmayan bu heykayənin əvvəli idim.

Chorus:

O yaşlı gözlərini tərk edər zaman,

Qadınım unudular ağlamaz amma,

Düşünmədən şəhəri tərk edərdim inan,

Sənin üçün...

Dərk edər zaman,

Ayrılığ unudular ağlatmaz amma,

Zamansız ayrılığa bəlkələrdi səbəb,

Bizim üçün...

Verse2:

Zamansız ayrılığa bəlkələrdi səbəb bəlkə,

Külək bizi dağıtmazdı zəif olmasa idi yelkən,

Bəlkə də bir az ərkən vidalaşdıq,

Mən sənə gedək deyə əlimi uzatdım, sən isə sağollaşdın.

Yağışda sözümə baxmır, üstüm başım yaşdı,

Çoxdandır bir əyyaşdır sevdiyin, dəli deyirlər

İncimirəm, məndən olsa danışmazdım sevgi haqqında,

Hərkəs məndən eşitmək istəyir dəlidə olsam.

Dəridə olsa canım inan ki, soyardım

Biri mənə bunu yuxu desin, sən də gəl oyandır.

Oyanıb özümə baxıb səni görəndə güzgüdə,

Üzünü bağla göz yaşını göstərməsin güzgülər.

Bir nağıl de, içində sehir olsun,

Bizdən ailə olsun, qızımız pəri doğulsun,

Bilirəm xəyaldı bu, hər nə olur olsun,

O balaca əllərində hər ikimizin qəlbi olsun.

Chorus:

O yaşlı gözlərini tərk edər zaman

Qadınım unudular ağlamaz amma

Düşünmədən şəhəri tərk edərdim inan

Sənin üçün...

Dərk edər zaman

Ayrılığ unudular ağlatmaz amma

Zamansız ayrılığa bəlkələrdi səbəb

Bizim üçün...