Ali Ashikar - Bilirdik Biz

Ali Ashikar - Bilirdik Biz

Ali Ashikar

3:260 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Bilirdim səninlə alınmaz bir ömürə yol olmaq

Bilirdim sən olmasan şeir olmaz söz olmaz

Bilirdim eşqin özünü o yanmadıqca köz olmaz

Məni heç sevmədiyini səndən öncə bilirdim mən

Bilirdim hansı cümlələr ki üzünü güldürürdü

Bilirdim cümlələr ki sənin üçün özünü öldürürdü

Bilirdim birdə alınmaz amma mən gözləyirdim

Və mənim gözlədiyimi görmədiyini bilirdim mən

Bilirdim hər yalanın ömrü kimdə 40 gün olur

Bilirdim əvvəlin də sonranın da yoxdur sonu

Bilirdim üzüləcəyini salsam əgər gözdən onu

Və onun itirəcəyi bir mən yox idi bilirdim mən

Bilirdim yaraşmırdıq nə sən mənə nə mən sənə

Bilirdim gec olacağını illər öncə desən mənə

Bilirdim gəl sözü düşməz səssiz gedənlərə

Gedənlərin dönmədiyini gedənlərdən bilirdim mən

Chorus(x2):

Gözlərimdə qanlı yaşlar

Sənin həsrətin qəlbi dağlar aman

Nə yanar nə sönər

Nə də buz tutan əllərin mənə geri dönə bilər ah

Verse2:

Bilirdin nələri sevib nələri sevmədiyimi sən

Bilirdin əl ələ verib əngəli məhv etməyidə

Bilirdin görüş yerini həyacanı hiss etməyidə

Və mənim görüş yerinə getmədiyimi bilirdin sən

Bilirdin ən gözəl hisslər yaşanır necə həvəslə

Bilirdin hansı səbəblər ki salır məni həvəsdən

Bilirdin bilmədiyimi ürək məndə dar qəfəsdə

Və mənim qaçmaq istədiyimi həmişə bilirdin sən

Bilirdin üşüdür səni əllərimin soyuğluğu

Bilirdin isitmirdi məni sənsiz gün doğumu

Bilirdin mənası yoxdur yozulan son yuxunun

Çün sənin yuxularında olmadığımı bilirdin sən

Bilirdin sonraki peşmançılıqda fayda vermir

Bilirdin qüsurlarını görməsəmdə səndə eybi

Bilirdin tutulmasını kimlərin ki səninlə eyni

Ona görə özgələrdən özəlliyini bilirdin sən

Chorus(x2):

Gözlərimdə qanlı yaşlar

Sənin həsrətin qəlbi dağlar aman

Nə yanar nə sönər

Nə də buz tutan əllərin mənə geri dönə bilər ah