Ali Ashikar - Qal

Ali Ashikar - Qal

Ali Ashikar

3:200 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Chorus:

Ona qal dedim qalmadı,

Onu gözlərim axtarır,

Ona yar dedim olmadı

Dözdüm hər şeyə və onla yorulmadım,

Heç kim bizi inan əvəz eləməz,

Niyə münasibətimiz yox haldadır?

Onun sözləri düz olsa fərq eləməz,

Məni gözləri onsuz çox aldadıb.

Verse:

Sən gəl, biz bir olaq dedim,

Səndən sonrası olan deyil,

Dedi mən nə əvvəlki həmin adam,

Nə də məndən sənə yar olan deyil.

Necə dönəcək dünyam sən olmadan?

Mən iməklərəm sənə yorulmadan,

Bir beşikdə yola gedə bilməsək də,

Bil köçəcəyik biz bir bu dünyadan.

Bridge:

Gəl hər şeyi unudaq əlini uzat mənə qucaqla barışaq,

Gəl yenidən oyna mənim hisslərimlə deyim o sanki bir uşaq,

Gəl bir qocalaq, bir ucalaq, bir baş qoyaq biz balışa,

Gəl bütün insanlara ən yüksək zirvədən ikimiz edək bir tamaşa.

Chorus:

Ona qal dedim qalmadı,

Onu gözlərim axtarır,

Ona yar dedim olmadı,

Dözdüm hər şeyə və onla yorulmadım,

Heç kim bizi inan əvəz eləməz,

Niyə münasibətimiz yox haldadır?

Onun sözləri düz olsa fərq eləməz,

Məni gözləri onsuz çox aldadıb.

Verse:

Hərdən yada salıb o anları,

Elə istərəm unudum olanları.

Əldən nə gəlirsə etmişəm,

Məni unutmusan deyə eşitmişəm.

Gözün üstümdədir hər an uşaq kimi,

Olar ayrılıqlar amma qalar kini.

Mən gecələrə düşkün oyaq biri,

Ən çox sevən itirir qalan bilir.

Bridge:

Gəl hər şeyi unudaq əlini uzat mənə qucaqla barışaq,

Gəl yenidən oyna mənim hisslərimlə deyim o sanki bir uşaq,

Gəl bir qocalaq, bir ucalaq, bir baş qoyaq biz balışa,

Gəl bütün insanlara ən yüksək zirvədən ikimiz edək bir tamaşa.

Chorus:

Ona qal dedim qalmadı,

Onu gözlərim axtarır,

Ona yar dedim olmadı,

Dözdüm hər şeyə və onla yorulmadım,

Heç kim bizi inan əvəz eləməz,

Niyə münasibətimiz yox haldadır?

Onun sözləri düz olsa fərq eləməz,

Məni gözləri onsuz çox aldadıb.

Ona qal dedim qal dedim qal dedim qal dedim qal dedim qalmadı

Ona yar dedim yar dedim yar dedim yar dedim yar dedim olmadı

Ona qal dedim olmadı

Yar dedim olmadı

Qar dedi yağmadı

Mənnən alınmadı

Sənnən alınmadı

Dözdüm hər şeyə və onla yorulmadım.

Ona qal dedim qal dedim qal dedim qal dedim qal dedim qalmadı

Ona yar dedim yar dedim yar dedim yar dedim yar dedim olmadı

Ona qal dedim olmadı...

Sən gəl qal...