BadClause - Torpaq

BadClause - Torpaq

BadClause

2:420 plays

Country: Turkey

0:00
0:00

Lyrics

[Bənd]

Mən yalan həsrətə dustaq qalan azadlıq eşqi

Hər şeyi boş verməklə həyatın sadələşmir

Nədənsə olmadı pis ruh haldan narazı heç kim

Zamanın durduğundan şübhələnən saat hələ işləyir

Günəşimə bulud düzmə zülmət olan bir zaman gəl

Sonsuza bir yol gedir həmin yolda iz salan mən

Qüruru şərt edəndə sən puç oldu vicdan əldə

Bu şəhərdə səni tərk edəcək sonuncu insanam mən

Keçən heç bir gözəl gecəm vermir bir sabahını

Xeyrini şərinə qatan dosta qarşı üsyan artır

Hissləri dinləyən qələm, şərh edir misralarımı

Axı yalnızlığa hakim ola bilmir insan ağlı

Həyatı zibil edən tərk edişlərmi, müəmmalarmı?

Dərdimə mənlə yananlar 10 il sonra mənlə qalarmı?

Nağılların su pərisi uydurmadır, dənizi yalandır

Cənnəti tapasan deyə tanrı göyə ayaq izi salarmı?

Ağlayan mələklərin hüzurunda eşqdən yazıram

Qanlı əllərimlə duaları behiştdən yazıram

Yırtdı sinə qəfəsimi, aldı sevgi qəlbi solumdan

Buranın dilənçiləri bədəni satıb zəngin olurlar

Dövran elə o dövrandır - dost unudur dərd ortağını

Nə vaxtsa şirin yuxuya getsəm, eşir qəm torpağımı

Qaçanda eşqə doğru yolda xeyli məyus tanıdım

Çoxumuz hələ də sevgililəri "Leyli və Məcnun" sanırıq

Dünya məni tərk elədi, apardı hər əşyasın

Günah-savabı yazan mələklərsə tanrı nə işə baxırdı?

Gördüyüm hər şeyə susdum ki, sükut dəyişər axırımı

Sonra göz qapaqlarımın arasından n*şə tapıldı

Qәlәmim boşboğazdır, onu әcәl dә susdura bilmәz

Sәn әxlaqsızlığın materiyası, kor hislәrin dilemması

Mәn torpağa qandallı bәdәn, Drezden qalereyası

İçimdәkı qarğa meyidlәri üsyanıma qәzәb yazır