BadClause - Gecen Xeyre

BadClause - Gecen Xeyre

BadClause

2:390 plays

Country: Turkey

0:00
0:00

Lyrics

[Bənd 1]

Minnətim olmayıb heçvaxt, olub keçən xeyrə

Sən özün istəsən də daha o yolla gedən deyiləm

İşdir, birinci gün kimi ağlına gəlib eləsəm

Mesaj yazma, boş ver, can, yuxun şirin, gecən xeyrə

Denən, gəlib keçən nəyimə lazım axı?

Ən aciz misraların bircə sənsən aidiyyatı

Axı sənə dəyərli olmadı Mirinin şeiriyyatı, elə buna görə

Dinləmə daha, boş ver, can, yuxun şirin, gecən xeyrə

Sən mənimçün ən gözəlsən gördüyüm gözəllərdən

Bir gün yağışa dön və payız olanda düş əllərimə

Bir dəfə cavab yazmasam inciyər küsər məndən

Sən də yazma, boş ver, can, yuxun şirin, gecən xeyrə

Birinci görüş yerinə gəldim, amma yox idin orda

Biz özümüz ayrı istiqamətdə, kor idi yollar

Öldürülən ümidi yolla, barışsa bəşər sonla

Sən barışma, boş ver əşi, yuxun şirin, gecən xeyrə

Tərk etmək öyrənəcəm, yoxluğunla dərs alsam

Mən sənin yanında Miri, qulaqcıqda BadClause-am

Nə vaxtsa getsə dostların, nə vaxtsa tək qalsan

Yaz - ":( yuxun şirin, gecən xeyrə"

Niyə biz itirdik axı qazanmışdıq əziyyət ilə?

Gözlərin axırsa, bəs şairə şur gələndə neylər?

Aşiqin şeiri gözəl, səninlə gələn təbiylə

Dinlәmә, boş ver, can, yuxun şirin, gecən xeyrə

[Bənd 2]

Bəlkə də dinləməzsən istədiyin xoş avazdır

Boşuna yazdım. Həyatın yarısı dərdir, dəva bir yarısı

Nə bilim, bəlkə də... Bəlkə də xəyali yazdım

Öpürəm səni, sevgili, yuxun şirin, gecən xeyrə

Yaşamaq çətin olsa da, çox asandır ölmək sənçün

Yuxuma gəlmə gözümə görsənməkçün, nazlı nigar

Ağılsız olduğunu göstərməkçün sevgi və

Hisslərimi də boş ver, get, yuxun şirin, gecən xeyrə

Desələr, daha darıxma, çoxdan unudub həsrətini şəhər

Desələr, nigaran olma, dərdi sevmir məsafələr

Desələr, günəş gecədən inciyibdir, açılmır səhər

İnanma, boş ver, yat, yuxun şirin, gecən xeyrə

Yenə səni müqəddəs bilirəm, gələn əzabı nemət

Lüzumu varsa əgər, qəlbinə məni müsafir eylə

Əlvidayla bitən sevgi, səhər salam-ı neylər?

Öz işidir, boş ver, can, yuxun şirin, gecən xeyrə

Özgəsindən yox, elə pislik olsa yardan gəlsin

Məndən şair olmadı, nə səndən ilham pərisi

Elə bax buna görə də şeirlərə ehtiyac yoxdu

Varsa belə boş ver can, yuxun şirin, gecən xeyrə

Dedim ki, canına and ola, başqasına baxmamışam

Dedi - “Sən böyüməmisən heç, ağlın həmənki uşaq”

Dedim ki, çox darıxmışam, getmə, qal danışaq

Dedi ki, sağ ol, yatıram mən, yuxum gəlir, gecən xeyrə...