Şamil Veliyev - İçirem Men

Şamil Veliyev - İçirem Men

Şamil Veliyev

5:150 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Bu gecə yenə də düşürsən yadıma

Bir nəfər yoxdu ki, çatsın dadıma

Qalıram xəyallarımla baş-başa

Yenə də içki, çatır imdadıma

Qəlbi həsrət odu salmış bu hala

Axı aşiq yetə bilmir vüsala

Əslində içgidə bir çarə deyil

İçirəm sadəcə dərdim azala

Səsin aləmdəki ən xoş səsdi

Yoxluğun nəfəsimi hər gün kəsdi

İçirəm ki, unudam dərdlərimi

Gecə yuxularıma gələrsən bəsdi

Nəqarət.

İçirəm mən, özü burda olmayıb, ürəyi burda olanların sağlığına,

İçirəm mən, dost deyib, qeydimizə qalanların sağlığına,

İçirəm mən, bizi hər yerdə yadına salanların sağlığına,

İçirəm mən.

İçirəm mən, mənim ürəyimi məndən alanların sağlığına,

İçirəm mən o saxta gülüşlərin yalanların sağlığına,

İçirəm mən sevgi deyiləndə gözü dolanların sağlığına,

İçirəm mən