Laros - Gecikdim Sene

Laros - Gecikdim Sene

Laros

3:150 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Gülüşün cənnətə dəvət yanına gəlmişəm sənin

Üzümdə biraz təbəssüm xəyala dalmışam yəni

Nə qədər çağırsamda bir cavab gəlmədi səndən

Məzarını öpdüm mən yəgin görürsən məni

Gözlər sənsizliyə alışdıqca qəlbi ağradır

Əcəlin vaxtımı yoxdur deye bu canımı almayır

Səhrada susuz qalan, ölümə məhkum biriyəm

Üzümə baxan hərbir kəs sənsizliyimi anlayır

Gecələr çətin keçir yazıram hərşeyi səndən

Dərdimi vəsf edirəm hər gecə eşqi qəzələdən

Aşiqin gözləri yumulu edirdi vəsfi xəzərdən

Sevənin ömrü puç olar belədir sevgi əzəldən

Son dəfə gözlərinə uzunca baxmadım ki mən

İnanki əllərini doyunca tutmadım ki mən

Sevirəm sözünü belə 1 dəfə söylədim sənə

Bu ölüm çox tez gəldi mən isə gecikdim sənə

Nəqarət

Canımın içi, Mələyim

Yoxsan yanımda və olmayacaqsan

Bilirəm, Bilirəm hiss edirsən

Canımın necə yandığını, Çarəsizliyimi,Sənsizliyimi

Mən İmkansız olduğunu, Dönməyəcəyini, Öldüyünü hər dərk etdiyimdə canım daha çox yanır.

Gecələr çətin keçir,

Səndən yazıram, pozuram, xət çəkirəm

Dərd çəkirəm, Mən dərd çəkirəm

Verse 2

Məzarını tərk edirəm bir ovuc torpaqla

Sən mənim eşq ağacımda solmayan yarpaqsan

Bağışla tək qoyuram sözümdə durammadım

Çünki səni məndən belə çox sevdi Uca Allah

Yarımçıq qaldı xəyallar yaşamağa qalmadı vaxtın

O gecə hiss etmişdim nədənsə qəmli baxırdın

Qəlbimə şəhzadə başıma tac eləmişdim

Həyatda qalmasada qəlbimdə qalacaq taxtın

Hər küləy əsdiyində bir daha duyuram ətrini

Gözümdən axan yaşım isaldır indi sətrimi

Qəlbini qırmadım heç vaxt çünki sevirdim səni

Bu həyat bilməliydi dağ kimi sevgi qədirini

Yollarım səniydin mənim indiysə bağlı hasardı

Məkanın cənnətdi bilirəm yerin rahatdı

Birdaha yazmayacam bəsdi qəlbi qanatdım

Şair qələminə küsdü və burda şeir qutardı