Laros - feat Cusp-Olmadı

Laros - feat Cusp-Olmadı

Laros

2:160 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Yanımda yoxsan mələyim

Sənsiz açılmır səhərim

Sevir dedilər özgəni

De mən indi neyləyim X2

Olmadı gələcək olmadı keçmiş

Verdiyi sözlərə xəyanət etmiş

Mənə əllərini gizlədən qadın

Özgəyə qəlbin əmanət etmiş

Sevmək həmişə səhv etməkdi

Boşuna yol gedib geri dönməkdi

Heçkəs bunu amma anlamır ki

Əsil sevgi yaşarkən ölməkdi

Bilitəm bir gün geri doneceysen

Etdiylerini derk edeceysen

Çox seveceyesen sehv edeceysen

Allahdan hər gün əff dilənərsən

Söz vermişdik evlənəcəydik

Biz bu yolu axı bir gedəcəydik

Yadındadırsa and içmişdik

Bir yaşayıb və bir öləcəydik

Xəyallarda səni dəfn etdim mən

Qəlbi ağladıb məhv etdim mən

Bir gün halıma üzülsən qadın

Yaşatdıqlarını təsəvvür et sən

Özgə biriylə özgə bir evdə

Yaşamaq çətindi səndə bilirsən

Ağlayan biri deyildim amma

İndi kimin göz yaşını silirsən?

Məndə yolunda getmədi heçnə

Sevdiklərimi itiridm hər dəfə

Yoxluğun çətin acımasızdı bax

Bunlara şahiddi sənsiz gecə

Bax bu sənə yazılan sonuncu bəstə

Sevgim hündür ama qürürun bəsdə

Mən bu eşq yolunda oldum xəstə

Sevmirəm artıq birdaha gəlmə

Yanımda yoxsan mələyim

Sənsiz açılmır səhərim

Sevir dedilər özgəni

De mən indi neyləyim X2

Sənsizkən gülmədim heçvaxt

Nə haldayam dön mənə bir bax

Sevənlər bəs olurdu xoşbaxt

Niyə biz axı olduq bədbaxt X2