Laros - Sevgi Dermanı

Laros - Sevgi Dermanı

Laros

2:140 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Doldurdum sənsizliyi bu gündə mən badələrə

Gəl indi birgə içək çarə olaq yarələrə

Bənzədərdim onu mən qurandakı ayələrə

Əlləri kirlənib artıq toxunub yad əllərə

Görəsən dəyişib mi dəniz gözlü baxışları

Mən ona günlərlə şeir yazdım usanmadım

Duydum söyləyib ona deyin ki bağışlasın

Mən onu bağışladım, Allah bağışlasın

Sənsiz günlərimi səssizliyə qərq elədim

(Yəni) Mən Səni Sevməylə səhv elədim

Ciddiyəm desəm belə inanma yalan deyirdim

Çünki mən Sən deyiləm ümid verib tərk eləyim!

Bitirdi xəyallarımı adicə bir kağız parçası

Yaşarkən öldürdü məni özgəylə qucaqlaşması

Sonuncu görüşü belə çox görmüşdü mənə

Qısa bir mesaj ilə bitmişdi sağollaşması

Allahdan istəmişdim səni yazsın hər günümə

Son dəfə qayıt geri və bir daha çıx önümə

Deyəcək çox söz var bircə dəfə bax gözümə

ilk cümləm belə olacaq gələmmədim mən özümə

Sənsiz şeirlərim günəş kimi qürub edir

Nədənsə yazdıqlarım başqasına qürur verir

O mənə bu dünyada cəhənnəmi yaşatdıqca

Məndən çox uzaqda özgəsinə hüzur verir

Siqareti tərk etmişdim qoxuna yaraşmır deyə

Hər gecə yatdığımda yuxuma gəlirsən niyə

Yazmaqla bitmədi dərdim bunuda bilməlisən

Artıq hər siqaret yanacaq sənin şərəfinə

Darıxma çox az qalır bitəcək bu eşq dastanı

Şair öz əlləriylə yazacaq ölüm fərmanın

Amma ki biraz da döz hələki qalıb onda

Onu həyata bağlayan morfin "Sevgi Dərmanı"