Araz Elses - Başı Kesik Gözel Kötük

Araz Elses - Başı Kesik Gözel Kötük

Araz Elses

5:270 plays

Country: Turkey

0:00
0:00

Lyrics

Başı kəsik gözəl kötük,

bu dağı sənə kim çəkdi?

Baltanı sənə kim vurdu,

bıçağı sənə kim çəkdi?

İpək-ipək yarpaqların

Küləklərlə talandımı?

Bilək-bilək budaqların

ocaqlarda qalandımı?

Küsdünmü taleyin acılığından?

Zalımlar keçmədi qocalığından

Yıxılmış ucalığından,

başı kəsik gözəl kötük…

Başı kəsik gözəl kötük,

bu dağı sənə kim çəkdi?

Baltanı sənə kim vurdu,

bıçağı sənə kim çəkdi?

Gözəl kötük yaraların

Köz bağlasın sağalsın

Ucalıktan yıxılsan da

Yenə canın sağ olsun

Bu dünyada nə baltalar

Nə bıçaqlar qalacaq

Bu dünyada ancaq ancaq

Ucalıklar qalacaq

Gözəl kötük, sızıldama, göynəmə,

Nə baltalar, nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da, qəm yemə,

Sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,

Qarı yağışı keçər.

Qatar-qatar quşu keçər,

daş atarlar, daşı keçər

sən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,

Körpə ağaclar yekələr,

Yekələr, qalxar, dikələr

sən yıxalan ucalığa...

Məndən sənə salam olsun,

başı kəsik gözəl kötük!

Balam olsa, balan olsun,

başı kəsik gözəl kötük.

gözəl kötük

yaraların köz bağlasın, sağalsın,

Bu dünyada nə baltalar,

Nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da,

Yenə canın sağ olsun,

Bu dünyada

Sən yıxılan ucalıqlar qalacaq...