Talib Tale - Ayna

Talib Tale - Ayna

Talib Tale

4:450 plays

Country: Turkey

0:00
0:00

Lyrics

- nəq -

Aynada bir özünə bax

Gözlərində mənəm

Ürəyinin sözünə bax

Ürəyində mənəm

1 ci bənd

Gözünü yum qəlbinə sor

Nələr hiss edəcək

Ürəyinin pıçıltısı

Məndən bəhs edəcək

Qəlbini məcbur eyləmə

Sevirsə sevəcək

Eşqinə qürur eyləmə

Səni incidəcək

Sevgim sənə nə deyəcək

Dinlə şirin-şirin

Gülüm güllərin şehi tək

Dolar o, gözlərin

- nəq -

Aynada bir özünə bax

Gözlərində mənəm

Ürəyinin sözünə bax

Ürəyində mənəm...

2 ci bənd

Gözlərimə səmimi bax

Nədi gərək sənə?

O,sənə məni deyəcək

Kövrələrək yenə

Ayrılıq isdəsən olar

Düşman ürək sənə

Sevincə getmək olmaz heç

Qəlbinin əksinə

Sevgim sənə nə deyəcək

Dinlə şirin-şirin

Gülüm güllərin şehi tək

Dolar o, gözlərin

- nəq -

Aynada bir özünə bax

Gözlərində mənəm

Ürəyinin sözünə bax

Ürəyində mənəm...